Alman rəssam Gerxard Rixterin "192 rəng" (192 Farben, 1966) adlı tablosu Londonda keçirilən hərracda 20,4 milyon dollara satılıb.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Qeyd edək ki, rəssamın bu əsəri onun ilk işidir. Bu əsəri o Köln kafedralındakı məşhur vitrajdan ilhamlanaraq yaratdığı deyilir.