Logo

Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb

15.10.2022 15:26 535 baxış
IMG

Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.

Tehsil.biz "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.

Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub.

Azyaşlının səhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti