Ötən tədris ilində Bakının Qaradağ rayonunda məktəbyaşlı qızlar arasında erkən nikah halları daha çox müşahidə olunub.
Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda ötən gün keçirilən konfransdakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün məktəbyaşlı qızların erkən nikaha cəlb edilməsi narahatlıq doğuran məsələlərdəndir:
"Ötən ilin statistikası onu deməyə əsas verir ki, Qaradağ rayonunda erkən nikah halları daha çox müşahidə olunub".