Logo

Bu il ADPU məzunlarının 71 faizinin məşğulluğu təmin olunub

15.10.2022 18:32 417 baxış
IMG

Cari ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 1969 nəfər məzunundan 71 faizinin məşğulluğu təmin olunub.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, ötən il bu göstərici 63 faiz təşkil edib. Onların bir qismi müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə dövlət ümumtəhsil məktəblərində, bir qismi özəl təhsil müəssisələrində, digər qismi isə qeyri-pedaqoji dövlət və özəl təşkilatlarda fəaliyyət göstərir.

Məzunlardan 390 nəfər (20 faizi) magistratura səviyyəsində ölkəmizdə və xaricdə təhsillərini davam etdirirlər.

Xəbər lenti