Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də anadan olub.
Tehsil.biz xəbər verir ki, 2010-cu ildə orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il AzTU-ya qəbul olunub.
Əbdülməcid Axundov 2016-cı il aprelin 2-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Əbdülməcid Axundov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.