Oktyabrın 15-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Pirhəsənli kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Sağlam qidalan sağlam ol!” adlı layihə çərçivəsində növbəti tematik seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, Ağsu rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə üzrə işçi qrupunun, təlimçi və ekspertlərin və Pirhəsənli kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagirdin iştirak etdiyi seminarda çıxış edən layihə rəhbəri Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, layihənin həyata keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanmasıdır. O, həmçinin Layihə çərçivəsində tematik seminarların və “Mənim sağlam sinifim” adlı esse müsabiqəsinin keçiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən söz açaraq qeyd ediblər ki, düzgün qidalanma ilə yanaşı, insanlar həmçinin sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır.
Seminarda mözu üzrə rollu oyun və qruplarla iş aparılıb. Mövzu ilə bağlı hazırlanmış videoçar nümayiş etdirilib.
Tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici flayerlər paylanılıb.
Tədbir çay süfrəsi ilə yekunlaşıb.