Müstəqilliyin ilk illərində səriştəsiz siyasi hakimiyyətin apardığı uğursuz daxili və xarici siyasət, kadr islahatları Azərbaycanı məhvə doğru sürükləyirdi.
Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Tariximizin bu mürəkkəb və taleyüklü mərhələsində Ulu Öndər Heydər Əliyev xalqımızın səsinə səs verərək ikinci dəfə hakimiyyətə geri döndü. Heydər Əliyev öz xilaskarlıq missiyasını yüksək səviyyədə yerinə yetirməklə dövlətçiliyimizi uçurumun kənarından xilas etdi və onun əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkə daxilindəki xaos və anarxiyaya son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı.
Müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev ölkəmizdə bütün sahələrdə dayanıqlı inkişafın və tərəqqinin əldə olunması üçün əsaslı islahatların aparılmasını qarşıya məqsəd qoymuşdur. Burada kadr islahatlarını xüsusi vurğulamağı vacib hesab edirəm. Çünki bu kadr islahatları Heydər Əliyevin gənclər siyasətinin tərkib hissəsi idi. Ümummillli Lider Respublikada rəhbər vəzifələrə, mühüm dövlət işlərinə gənc potensial və yüksək ixtisaslı kadrların cəlb olunmasına imkanlar yaradırdı.
Böyük öndərin uğurlu kadr islahatları cənab Prezident, müzəffər Ali baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Möhtərəm Prezidentimiz mərkəzi və yerli icra hakimiyyətləri orqanlarına, müxtəlif mühüm dövlət idarələrinə və təşkilatlarına rəhbər vəzifələrə gənc kadrların cəlb olunmasını kadr islahatlarının ana xətti kimi müəyyənləşdirib.
Nümunə kimi Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovu göstərə bilərik. 2020-ci il mart ayının 5-də prezident İlham Əliyev tərəfindən Neftçala rayon icra hakimiyyətinin başçısı təyin olunan Mirhəsən Seyidov ölkə başçısının etimad göstərdiyi ən gənc kadrlardan biri hesab olunur. Gənc icra başçısı vəzifəyə təyin olunduğu gündən etibarən Neftçalada həytın bütün sahələrində canlanma müşahidə olunur. İcra başçısı tərəfindən rayonda əsaslı abadlıq-quruculuq işlərinin aparılması, infrastrukturun yenilənməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirilir.
Möhtərəm cənab Prezident İlham Əliyev və birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən l Qarabağ və 44 günlük vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə rəhbərliyinin bu sahədəki tədbirləri, tapşırıqları və tövsiyələri Mirhəsən Seyidov tərəfindən Neftçalada uğurla tətbiq olunur.
Neftçala Olimpiya idman kompleksinin yenidənqurulması, şəhərdaxili küçələrə, kənd və qəsəbələrə yolların çəkilməsi və s. Rayonda görülən kütləvi iriölçülü fəaliyyətlərə nümunədir.
Rayon rəhbəri öz məhsuldar fəaliyyəti ilə ölkə başçısının etimadını doğrultmaqla yanaşı vətəndaşların sevgisini də qazanmağa müvəffəq olmuş, gənclər siyasətinin prioritet istiqamətlərini əsas tutaraq daim rayon gənclərinə xüsusi dəstək göstərmişdir. Neftçala rayonunun aktiv gənci olaraq əminəm ki, Mirhəsən bəyin uğurlu fəaliyyəti nəticəsində rayonumuz günü-gündən inkişaf edəcək və formalaşacaqdır.
Rəvan Nəcəfov
İnkişafçı Gənc İctimai Birliyinin Sədri, Neftçala rayonunun aktiv gənci