Logo

Mədəniyyət Nazirliyinə müvəqqəti sözçü təyin olunub

17.10.2022 09:36 321 baxış
IMG

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müvəqqəti müdir təyin olunub.

Tehsil.biz xəbər verir ki, bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib.

Nazirliyin şöbə müdiri Məryəm Qafarzadə sosial məzuniyyətə çıxıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsini isə qurumun böyük məsləhətçisi Fariz Hüseynli icra edəcək.

Xəbər lenti