Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 42 274 nəfər və ya 0,4 faiz artaraq sentyabrın 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.
Bu barədə "Tehsil.biz"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib. Kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.