Logo

Bakıda türk dövlətlərinin din xadimlərinin beynəlxalq konfransı keçiriləcək

17.10.2022 12:12 300 baxış
IMG

Oktyabrın 21-də Gülüstan sarayında “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev başda olmaqla Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan Müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulı, Qırğızıstan Müftisi Zamir Rakiyev, Türkmənistan Müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.

Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaq.

Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.

Xəbər lenti