Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı genişləndirilib.
"Tehsil.biz"in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Qərara əsasən, Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında “Təsərrüfathesablı qurumlar” bölməsinə “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə edilib.