Logo

“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib

18.10.2022 18:27 371 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (Dövlət Komitəsi) “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

Mərkəzi Aparat və bölgələr üzrə şöbə müdirlərinin iştirakı ilə baş tutan tədbirdə çıxış edən Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Bildirib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir. Bununla əlaqədar olaraq Dövlət Komitəsinin rəhbərliyi tərəfindən əməkdaşların etik davranış qaydalarına əməl etmələrinə ciddi nəzarət edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.

Xəbər lenti