Oktyabrın 17-də Zərdab rayonu üzrə təhsil sektoru tərəfindən tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, Zərdab şəhəri H.Zərdabi adına 1 nömrəli məktəb-liseydə keçirilən görüşdə ilk olaraq yeni təyin olunan məktəb direktorları təhsil işçilərinə təqdim olunub və onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulanıb.
Daha sonra görüşdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, ümumi təhsil məktəblərinin idarəetmə sistemin təkmilləşdirilməsi və digər zəruri məsələlər müzakirə olunub, məktəb rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.