Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.
"Tehsil.biz"in əldə etdiyi məlumata görə, daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva bu məktəbin keçmiş direktoru Çinarə Atayevanı əvəzləyib.
Qeyd edək ki, Çinarə Atayeva qalmaqallı hərəkətləri ilə bir neçə dəfə medianın gündəminə gəlib.
Xatırladaq ki, bir müddət əvvəl şagirdi döyməsi və mobil telefonunu qırdığına görə Ç.Atayevanın əmək müqaviləsinə xitam verilmişdi.