Bu gündən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanılıb.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, müsahibələrə 775 nəfər dəvət edilib.
28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunurlar.