Logo

Abşeronda qadın müəllimi QAÇIRDILAR

19.10.2022 17:18 3383 baxış
IMG

Abşeron rayonunda müəllim qaçırılıb.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-i, günorta saatlarında baş verib.

Belə ki, rayonun Güzdək qəsəbə tam orta məktəbinin informatika müəllimi (müəyyən səbəblərdən ad və soyad qeyd olunmur) dərsdən sonra evə gedərkən naməlum şəxslər tərəfindən qaçırılıb.

Baş vermiş hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, olay müəllim sonuncu dərsdən çıxıb evə gedərkən yaşanıb.

"Abşeron rayon Güzdək qəsəbə tam orta məktəbin informatika müəllimi (müəyyən səbəblərdən ad və soyad qeyd olunmur) 18.10.2022-ci il tarixində sonuncu dərsdən çıxaraq evə getdiyi zaman, təxminən saat 13:00 radələrində avtobus dayanacağından naməlum şəxslər tərəfindən qaçırılmışdır. Valideynləri tərəfindən 102 xidmətinə məlumat verilmişdir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - deyə idarənin məlumatında qeyd olunub.

Xəbər lenti