Logo

ADMİU-da tələbə bileti üçün 10 manat pul tələb olunur? - FOTO

19.10.2022 17:46 445 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbə biletlərinə görə 10 manat pul istənilir.

Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, tələbələr öz biletlərini götürərkən qeydiyyat zamanı beş manat ödəyiblərsə, yenidən beş manat da ödəməli, qeydiyyat zamanı ödəniş etməyiblərsə, birdəfəlik on manat ödəniş etməlidirlər.

Mövzu ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Şəhanə Müşfiq "Tehsil.biz"ə bildirdi ki, məsələ arşadırılır, açıqlama veriləcək.

Xəbər lenti