Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Tehsil.biz Lent.az-a istinadən xəbər verir ki, hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü F.Süleymanovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.