“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində psixologiya ixtisası üzrə təhsil alan tələbələrə elmi tədqiqatların aparılması və yazılmasının öyrədilməsi ilə bağlı təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimi giriş sözü ilə Gəncə Dövlət Universitetinin Hümanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq tələbələrə uğurlar arzulayıb. Bildirib ki, təlimin məqsədi tələbələrin mütəxəssislər tərəfindən gələcəkdə elmi tədqiqat işləriin aparılması qaydaları ilə yaxından tanış etmək, o cümlədən elmi işləri yazmağı öyrətməkdir.
Layihənin rəhbəri, psixoloq Kamil Həmidov və təlimçi Ceyhunə Dəmirova təlim zamanı universitetin elmi tədqiqatlarının keçirilməsinin üsulları, standartları, yazılma qaydaları barədə ətraflı məlumat verib, tələbələri maraqlanıdıran suallara aydınlıq gətiriblər.
Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim edilib