Logo

Azərbaycanda 15 manata görə şantaj olunan məktəbli qız intihara cəhd etdi

20.10.2022 11:01 978 baxış
IMG

Gəncə şəhərində şantaj edilən qız intihara cəhd edib.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, 2008-ci il təvəllüdlü, VIII sinif şagirdi qız tanıdığı X sinif şagirdi Ümid adlı oğlan tərəfindən şantaj edildiyi üçün özünü asmaq qərarına gəlib. 

Belə ki, qızın tanışı ondan 10-15 manat istəyib ki, telefonunu təmir etdirsin. Qız həmin pulu vermədiyi üçün Ümid onunla sevgili olduğunu hər kəsin biləcəyi ilə şantaj edib. 

Qız bundan sonra evə gələrək məktub yazıb və intihara cəhd edib. Bu zaman anası onu xilas edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb:

“Aparılan araşdırmaların nəticəsinə uyğun olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Xəbər lenti