Təhsilverənlər və məktəb rəhbərliyi şagirdin ümumi davranış problemləri ilə əqli gerilik və ya xüsusi ehtiyaclardan (təhsil, psixi və emosional inkişafın ləngiməsi, fiziki çatışmazlıq) irəli gələn davranışları fərqləndirməyi bacarmalıdırlar.
Tehsil.biz xəbər verir ki, bu barədə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilə bağlı layihədə qeyd olunub.
Bildirilib ki, məktəbin nizam-intizam qaydaları və tədbirləri bu qrupdan olan şagirdlərə də şamil edilir, lakin həmin şagirdlərə münasibətdə nizam-intizam qayda və tədbirlərinin tətbiqi forması dəyişdirilir. Bu zaman təhsilverənlər və məktəb rəhbərliyi peşəkar mühakimə yürütməli və ehtiyac olduqda müvafiq mütəxəssislərə müraciət etməlidirlər.