Oktyabrın 18-də Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir Ağcabədi şəhər 9 saylı tam orta məktəbdə keçirilib.
Layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Açılışda Ağcabədi şəhər 9 saylı tam orta məktəb direktoru Quliyev Rizvan, Ağcabədi rayon R.İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin direktoru Əliyeva Vüsalə və müəllimlər iştirak edib.