Logo

Xarici ölkələrin KİV nümayəndələri Gəncəyə səfər ediblər - FOTO

20.10.2022 18:45 389 baxış
IMG

Özbəkistan, Moldova və Gürcüstandan olan bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncə şəhərində olublar.

Tehsil.biz xəbər verir ki, onlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi əraziyə baş çəkiblər.

Bildirilib ki, Vətən müharibəsi zamanı Gəncə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olmuş, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirmişdir. Qeyd edilənlərlə yanaşı raket zərbələri nəticəsində 1 məktəbəqədər təhsil müəssisəsi tamamilə dağılmış, 10-a yaxın məktəbəqədər, 10-a yaxın orta təhsil müəssisəsinə ziyan dəymişdir.

Xəbər lenti