Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı ilə Şəki şəhəri Heydər Əliyev Mərkəzində "İrsin qorunması bacarıqlarının inkişaf etdirilməsi" mövzusunda təlim təşkil olunub.
Tehsil.biz xəbər verir ki, təlimdə ölkəmizin müxtəlif regionlarında çalışan 80-ə yaxın abidə mühafizəçisi iştirak edib.
Təlim tarix-mədəniyyət abidələrinin bərpası, hüquqi maarifləndirmə, böhran vəziyyətində operativ tədbirlərin görülməsi və digər mövzuları əhatə edib. Abidə mühafizəçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimin davamlı keçirilməsi nəzərdə tutulur.