Bərdə rayonunda "Valideyn dəstəyi ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması" layihəsinin açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, layihənin açılış mərasimi Bərdə rayon Uğurbəyli kənd tam orta məktəbində baş tutub.
Açılış mərasimində layihə rəhbəri Aytac Əhmədova, məktəb rəhbərliyi, valideynlər, müəllimlər və psixoloqlar iştirak edib.
Mərasimdə layihə rəhbəri A. Əhmədova çıxış edərək layihənin icrası barədə geniş məlumat verib.
Həmçinin qonaqlarda çıxış edərək layihənin gedişatına uğurlar arzulayıb.
Qeyd edək ki, layihənin məqsədi valideynin məktəblə əməkdaşlığı və bu əməkdaşlığı gücləndirmək, valideyn şurasının əhəmiyyətini diqqətə çatdırmağdır.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində qalib olub.