Azərbaycan Kooperasiya Universiteti (AKU) ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) kafedraları arasında təhsil və elmi-texniki əməkdaşlıq müqaviləsi imzalanıb.
Tehsil.biz xəbər verir ki, əməkdaşlıq müqaviləsinin həyata keçirilməsinə məsul şəxslər Azərbaycan Kooperasiya Universiteti tərəfindən "Menecment və ticarət" kafedrasının müdiri ilə dos. Həziyev Vasif Balaxan oğlu, "Mühasibat uçotu və audit" kafedrasının müdiri i.e.n.dos. Cəfərova Şəhla Əli qızı, "Statistika və gömrük işi" kafedrasının müdiri i.ü.f.d.dos. Abdulov Sərxan Yunus oğlu iştirak ediblər.
Azərbaycan Əmək va Sosial Münasibətlər Akademiyası tərəfindən "İqtisadiyyat və idarəetmə" kafedrasının müdiri i.e.d. Ismayılov Vilayət Ibrahim oğlu, "Maliyyə və mühasibat uçotu" kafedrasının müdiri i.a.f.d.dos. Mikayılova Nurəngiz Yanvar qızı
tərəfindən təsdiq edilib.



