Logo

BANM tələbələri beynəlxalq müsabiqənin qalibi olublar - FOTO

22.10.2022 01:31 546 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “ClimateLaunchpad 2022” beynəlxalq müsabiqəsinin qalibi olublar.

Tehsil.biz xəbər verir ki, Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilən “ClimateLaunchpad” müsabiqəsi dünyada 33 ölkənin iştirak etdiyi, yaşıl texnologiyalar sahəsində biznes ideyalarının kəşf olunduğu ən böyük müsabiqədir.

Müsabiqədə II yerin qalibi olan “GreenPack” komandasının üzvləri BANM-in Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Fuad Tağıyev, Bənövşə Məmmədzadə və Rəsul Balamedovdur. Onların təqdim etdiyi layihənin əsas məqsədi qida tullantılarından bioəsaslı örtük hazırlamaqdır. Tələbələrin mentoru Kimya mühəndisliyi kafedrasının müdiri Amir Reza Vaxşuridir.

Müsabiqənin digər qalibi - 3-cü yerə layiq görülən “Atəşgah” komandasının üzvləri BANM-in Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Fatimə Məmmədova, Faiq Əliyev və Fərid Əliyevdir. Bu komandanın təqdim etdiyi layihənin əsas məqsədi günəş panellərinin effektivliyini artırmaqdır.

Tələbələrin mentoru Ali Məktəbin İnnovasiya və tədqiqatlar mərkəzinin əməkdaşı Elmar Əsgərzadədir.

Ənənəvi olaraq hər il keçirilən layihədə qalib gələn komandalar Avropa ölkələrinin də qatıldığı regional finalında iştirak ediblər.

Xəbər lenti