Logo

Gənclər və idman naziri ADPU-nun Ağcabədi filialının tələbələri ilə görüşüb - FOTO

22.10.2022 12:22 376 baxış
IMG

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbələri ilə görüşüb.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, filialın direktoru Mobil Məcidov müəllim-tələbə heyəti adından nazirə təhsil ocağına gəldiyi üçün təşəkkür edib və bu görüşün gənclər üçün faydalı olacağını bildirib.

Görüşdə Fərid Qayıbov gəncləri dinləyib, onların təklif və arzuları ilə maraqlanıb. Tələbələr öz uğurları və fəaliyyətləri barədə danışıb, nazirə müxtəlif mövzularda suallar veriblər. Region gəncləri üçün nazirliyin layihələri haqqında məlumat verilib. Filialın tələbə-gənclər təşkilatı ilə rayon Gənclər və İdman İdarəsi arasında əlaqələrin gücləndirilməsi, müxtəlif təşəbbüslərin birgə həyata keçirilməsi, gənclərin sosial fəaliyyətlərə daha çox cəlb edilməsi və vətənpərvərlik istiqamətlərində fikir mübadiləsi aparılıb.

Xəbər lenti