Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibədə 338 nəfər uğur qazanıb

22.10.2022 15:14 368 baxış
IMG

Altmış altı dövlət orqanında mövcud olan 626 vakant vəzifə üzrə (B növü) fevralın 14-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 3330 nəfər müraciət edib. Bu gün saat 12:05-dək olan məlumata görə, 338 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 25-də başa çatacaq.

Xəbər lenti