Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağamusa İsazadə 21 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektor əvəzi, prof. Veysəl Əyyubov, Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov, müavini Səbuhi Qəhrəmanov, mütəxəssis Azad Mirzəbəyov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftaliyev iştirak edib.
Keçirilən görüşdə TTKF-nin İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov fondun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən ibarət olduğunu vurğulayıb, müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, təhsil tələbə kreditlərinə tətbiq edilən güzəştlər, möhlət dövrləri barədə geniş məlumat verib.