Logo

AƏSMA-nın Tədris və keyfiyyət təminatı şöbəsinin müdiri seminarda iştirak edib - FOTO

22.10.2022 20:43 290 baxış
IMG

Oktyabrın 22-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Tədris və keyfiyyət təminatı şöbəsinin müdiri Pərvin Məmmədova İATM-in təşkil etdiyi seminarda iştirak edib.

Tehsil.biz xəbər verir ki, Ramil Tarverdiyev tərəfindən həyata keçirilən seminar "ƏDV ilə bağlı problemlərin həlli yolları" mövzusunu əhatə edib.

Seminarda uyğunsuzluq məktubları və onların cavablandırılması, ƏDV bəyannamələrində yaranan problemlər və onların düzəldilməsi, TTA, mallar, idxal-ixrac əməliyyatları zamanı ƏDV ilə bağlı yaranan problemlərə dair müzakirələr aparılıb.

Xəbər lenti