Logo

BANM-də psixoloji sessiya təşkil olunub

22.10.2022 21:22 271 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Psixologiya klubunun təşkilatçılığı ilə "Dəyərsizlik" mövzusunda psixoloji sessiya təşkil olunub.

Tehsil.biz xəbər verir ki, psixoloq Xanım Rzayevanın iştirakı ilə baş tutan görüşdə tələbələrə özünüdəyərsizlik anlayışı, bu problemin fərdlərdə özünü büruzə verməsi və bundan çıxış yolları barədə müzakirələr aparılıb.

Sessiya ərzində Xanım Rzayeva dəyərsizlik hissinin yaranması, ilkin mərhələləri, psixoloji və fiziki olaraq özünü göstərməsi halları mövzusunda  təqdimat edib. Tədbir müzakirələr və sual-cavab formatında davam etdirilib.

Xəbər lenti