Logo

Xəzər Universitetinin doktorantının kitabı İranda Azərbaycan və ingilis dilində çap olunub

22.10.2022 22:24 414 baxış
IMG

Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin doktorantı Fəribə Fərhənginin İranda kitabı çap olunub.

Tehsil.biz xəbər verir ki, Fəribə Fərhənginin farsca yazdığı “Yek mard - yek şahr” kitabı Azərbaycan dilində (“Bir igid - bir şəhər”) təbrizli Fatimə Mənafzadənin tərcüməsində, ingilis dilində (A Man, a City) müəllifin öz tərcüməsində Təbrizdə Ritm Yayım Evində işıq üzü görüb.

Kitab şah diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı Səttar xanın fəaliyyətindən bəhs edir.

Xəbər lenti