Logo

Qusarda məktəblilərə narkomaniya və erkən nikahların fəsadları izah olunub - FOTO

23.10.2022 12:44 330 baxış
IMG

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 2 nömrəli tam orta məktəbində keçirilən tədbirdə şagirdlər “Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yerli icra nümayəndəsi, həkim, məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Hidayət Babayev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

Bildirilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Tədbirdə çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev isə erkən nikahın doğurduğu mənfi cəhətlər və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti