Logo

BSU-nun şəhid məzunu Nicat Şükürlünün doğum günüdür

23.10.2022 15:40 383 baxış
IMG

Oktyabrın 23-ü Bakı Slavyan Universitetinin (BSU)məzunu, Vətən müharibəsi şəhidi Nicat oğlu Şükürlünün doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində 49 №-li "İntellekt" məktəb-liseyində təhsil alıb.

2014-2019-cu illərdə isə BSU-da Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. Karate idman növü ilə məşğul olub və Azərbaycan daxili yarışlarda bir sıra nailiyyətlər əldə edib.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin  azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 

Oktyabrın 11-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  müvafiq  sərəncamlarına əsasən, ölümündən sonra "Xocavəndin azad olunmasına görə"   və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

2022-ci ildə Bakı Slavyan Universiteti tərəfindən Nicat Şükürlünün xatirəsinə həsr olunmuş “Nicat yolu” sənədli filmi çəkilib.

Xəbər lenti