Logo

BANM-in “Tarix klubu” və “Kino klubu”nun tədbiri keçirilib

23.10.2022 17:13 311 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) “Tarix klubu” (BHOS History Club) və “Kino klubu”nun (BHOS Cinema Club) birgə təşkilatçılığı ilə şəhidlərə həsr olunmuş “Qarabağ” sessiyası baş tutub.

Tehsil.biz xəbər verir ki, tədbirdə BANM-nin tarix müəllimi Ələmdar Şahverdiyev çıxış edərək müasir Azərbaycan tarixindən və gələcək nəsillərin bu tarixi bilməsinin əhəmiyyətindən danışıb. Sonra klub üzvləri 30 illik Qarabağ münaqişəsi ilə bağlı təqdimatlarla çıxış ediblər.

Eyni zamanda I Qarabağ müharibəsinin reallıqlarını özündə əks etdirən 'Fəryad' filmi nümayiş olunub.

Xəbər lenti