Logo

Xəlil Rza Ulutürkün 90 illiyinə həsr olunmuş intellektual yarış keçirilib

24.10.2022 10:26 260 baxış
IMG

Oktyabrın 22-də Bakı Dövlət Universitetinin (BDU) Filologiya və Kitabxanaçılıq-informasiya fakültələri Könüllülərinin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi, “İstiqlal” ordenli Xəlil Rza Ulutürkün anadan olmasının 90 illiyinə həsr olunmuş “Dünənəm! Bu günəm! Gələcəyəm mən!” adlı intellektual yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, görkəmli şairin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xəlil Rza Ulutürkün həyatı və yaradıcılığı barəsində məlumat verilib və haqqında videoçarx nümayiş olunub.

Fakültələr arasında təşkil edilən yarışda 10 fakültəni təmsil edən 10 komanda iştirak edib.

İntellektual yarış dörd turdan - “Zəfər tarixi”, “Ədəbiyyat”, “Retro” və “Dünyagörüş” turlarından təşkil olunub.

I yerə Filologiya fakültəsinin “Liberland” komandası, II yerə Fizika fakültəsinin “Fiziklər” komandası, III yerə isə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin  “Tenqri” komandası layiq görülüb.

Yarışda qalib gələn komandalar sertifaklarla təltif olunub.

Xəbər lenti