Logo

BDU-da “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib

24.10.2022 11:18 240 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir olub.

Tehsil.biz xəbər verir ki, I kurs tələbələrinin iştirak etdikləri tədbirdə fakültənin dekan müavini Şamo Cəbrayılov və BDU-da fəaliyyət göstərən 30 saylı poliklinikanın baş həkimi Sevinc Höccətova narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar.

Çıxışlarda, həmçinin qeyd olunub ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbər lenti