Logo

UFAZ tələbələrinin geoloji sahə təcrübəsi başa çatıb

24.10.2022 17:05 464 baxış
IMG

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələrinin geoloji sahə təcrübəsi başa çatıb.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Bildirilib ki, tələbələr Bakı ətrafından Xızı istiqamətinə səfər edib və təcrübə işləri ilə məşğul olublar.

Sahə təcrübəsinin məqsədi əldə olunmuş nəzəri biliklərin müxtəlif alətlərdən istifadə edərək praktik tətbiqini həyata keçirmək olub. Təcrübə prosesinə Strasburq Universitetinin professoru Quentin Boesch, UFAZ-ın Yer elmləri proqramlarının koordinatorları Nigar Kərimova və Clara Jodry rəhbərlik ediblər.

Tələbələr süxurların növlərini fərqləndirməyi, çöküntü fiqurlarını və geoloji strukturları müəyyən etməyi öyrənməyə çalışıblar.

Xəbər lenti