Logo

Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri Biləsuvar rayonunda keçirilib

24.10.2022 19:28 475 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "İntellektual Oyunlar" klubunun təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-lisey kompleksində keçirilən yarış Nə? Harada? Nə zaman? formatında təşkil olunub.

Gənclərə vətənpərvərliyin aşılanması ilə yanaşı, onların intellektual bilik səviyyəsinin artırılması məqsədilə təşkil olunan tədbirdə ilk öncə iştirakçılara Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında ətraflı məlumat verilib. Mübariz İbrahımov adına liseyinin şagirdlərindən ibarət 5 komandanın iştirak etdiyi gərgin və maraqlı mübarizənin sonunda “Mübarizlər” komandası qalib gələrək I yerə layiq görülüb.

Sonda qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub.

Xəbər lenti