Logo

Plastik boru qaynaqçısı peşə ixtisası üzrə bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi aparılıb

24.10.2022 19:54 396 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü, “BP Exploration Caspian Sea LTD”nin maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağa Qayıdış” layihəsi çərçivəsində plastik boru qaynaqçısı peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi aparılıb.

Agentlikdən bildirilib ki, “KULANE” MMC-nin təlim və istehsalat bazasında keçirilmiş imtahanda aralarında Vətən müharibəsi iştirakçıları da olan ərizəçilərin praktiki bacarıqları qiymətləndirilib.

Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı departamentinin müdiri Fuad Mehdizadə və “Azərsu” ASC-nin nümayəndəsi Eldar Bəşirov, sahə üzrə müstəqil ekspert qismində isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Ramil Abdullayev cəlb edilib.

Qeyd edək ki, qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilərə müvafiq peşə ixtisası üzrə diplom veriləcək.

Xəbər lenti