Logo

Sentyabrın 29-da elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb

24.10.2022 21:53 503 baxış
IMG

29 sentyabr 2022-ci il tarixində elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, elan üzrə 12 dövlət orqanında mövcud olan 33 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 57 namizədlə 60 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin Aparatı, Əmək qanunvericiliyinin pozulmasına nəzarət və yoxlamalar şöbəsi, Əmək hüquqpozmalarına nəzarət sektoru, məsləhətçi - əmək müfəttişi (1 vakant yer üzrə 7 namizəd) üzrə yaranıb.

Müsahibələrin 2022-ci il noyabrın 1-dən 23-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti