Logo

Azərbaycan Dillər Universitetində Əhməd Cavadın xatirəsi anılıb

25.10.2022 09:44 361 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə milli istiqlal şairi Əhməd Cavadın 130-cu ildönümünə həsr olunan tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir magistrant tələbələrin çıxışları ilə davam edib.

Tədbirdə Əhməd Cavad yaradıcılığının bütün istiqamətləri işıqlandırılıb, dahi şairin sözlərinə bəstələnmiş musiqi əsərləri səsləndirilib.

Xəbər lenti