Logo

Finlandiyada məktəbəqədər müəssisələrdə ət və süddən istifadə məhdudlaşdırılır

11.02.2021 09:16 771 baxış
IMG

Finlandiyada məktəbəqədər müəssisələrin və uşaq baxçalarının rasionunda ət və süd məhsullarının istifadəsi azaldılacaq.

 

Bu barədə Finlandiya ictimai yayım şirkəti “Yle” məlumat yayıb.

 

“Növbəti dörd il ərzində elm adamları qidalanmada ət və süd məhsullarından istifadəni azaltmaqla daha çox meyvə və tərəvəzə üstünlük verməyin uşaqların sağlamlığına necə təsir etdiyini araşdıracaq”, – deyə yayılan məlumatda qeyd olunur.

 

Məlumatda həmçinin bildirilib ki, məqsəd veqan pəhrizi deyil, ət və süd məhsullarının daha məqsədəuyğun istifadəsi, qidalanmada tərəvəzin, meyvələrin miqdarını artırmaqdır.

Xəbər lenti