Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mülki müdafiə və ilkin tibbi yardım” mövzusunda tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edib. Bildirib ki, vətəndaşların, o cümlədən universitet əməkdaşlarının təhlükəsizliyi hər zaman diqqətdə saxlanılır.
ADNSU-nun həyətində keçirilən tədbirdə fövqəladə vəziyyət zamanı hər kəsin bilməli olduğu davranış qaydaları bir daha iştirakçıların diqqətinə çatdırılıb.