Neftçala şəhəri Samid İmanov adına 1 saylı tam orta məktəbdə Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. Koronavirus ( COVİD-19) virusu ilə əlaqədər olaraq bu il Olimpiada müxtəlif fənnlər üzrə 3 gün keçirilməsi planlaşdırılıb.
10 fevral tarixində riyaziyyat və kimya fənləri üzrə 59 şagird pandemiya qaydalarına uyğun olaraq olimpiadada iştirak ediblər.
11-12 fevral tarixlərində fizika, biologiya, coğrafiya, informatika, azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə olimpiadanın təşkili nəzərdə tutulub.
Qeyd edək ki, fənn olimpiadasının rayon mərhələsində 198 şagirdin iştirak etməsi nəzərdə tutulub.