Logo

UNEC-də Fransada təhsil haqqında infosessiya keçirilib

25.10.2022 13:57 470 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fransa səfirliyinin nəzdində “Campus France” tərəfindən bu ölkənin təhsil sistemi haqqında təqdimat keçirilib.

UNEC-dən bildirilib ki, “Campus France”nin koordinatoru və səfirliyin universitet əlaqələri və elmi əməkdaşlıq üzrə attaşesi Augustin Huot De Saint-Albin tərəfindən keçirilən təqdimatda tələbələrə Fransanın ali təhsil müəssisələrinə qəbul qaydaları, təqaüd imkanları, mübadilə və ikili diplom proqramları haqqında məlumat verilib.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti