Logo

BDU-nun “SABAH” qruplarının tələbəsi milli kibertəhlükəsizlik yarışmasının qalibi olub - FOTO

25.10.2022 15:36 550 baxış
IMG

Bakı Gənclər Mərkəzinin və Kibertəhlükəsizlik platformasının birgə təşəbbüsü ilə ilk genişmiqyaslı “HackBaku” milli kibertəhlükəsizlik yarışması keçirilib.

Bakı Dövlət Universitetindən (BDU) "Tehsil.biz"ə bildirilib ki, BDU-nun “SABAH” qruplarının Kompüter elmləri ixtisasının IV kurs tələbəsi Beyrək Əsgərzadə yarışmanın “CTF” istiqaməti üzrə qalibi olub. “CTF” yarış proqramının professional infrastrukturu “Gais Cyber Security” kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri və onlara rəhbərlik edən Türkiyənin tanınmış mühəndisi Numan Turle tərəfindən qurulub.

Qeyd edək ki, “HackBaku” yarışması üç mərhələdə keçirilib. Yarışda ölkəmizin ən güclü hakerləri öz bacarıqlarını sınayıblar. Yarışın əsas məqsədi kibertəhlükəsizliyin inkişafına və bu sahədə olan gənclərə dəstək verməkdir.

Xəbər lenti