Oktyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT), 1 nömrəli Bakı Baza Tibb Kolleci Tələbə Gənclər Təşkilatı (1 №-li BBTK TGT) və 29 saylı şəhər poliklinikasının birgə təşkilatçılığı ilə tələbələr üçün ilkin tibbi yardımla bağlı görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə 29 saylı şəhər poliklinikasının əməkdaşı Aynurə Süleymanlı və 1 №-li BBTK-nın müəllimi Səbuhi Məmmədov ilkin tibbi yardım zamanı diqqət edilməli məqamlar, dəm qazı zəhərlənməsi, qida boğulması və s. kimi hallarda ilkin olaraq icra olunmalı tədbirlər haqqında ətraflı məlumat veriblər.