Logo

Son sutkada Azərbaycanda 64 nəfər koronavirusa yoluxub

25.10.2022 19:34 370 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, hazırda 340 aktiv xəstə var. Bu günə qədər 9 940 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 483, bu günə qədər isə ümumilikdə 7 309 540 test icra olunub.

Xəbər lenti